Loader

Screen shot 2016 04 25 at 2.03.08 pm

Anar İsmayılov

Müsabiqədə qalib gəlib xaricdə təhsil haqqını əldə edəndən sonra, mənim qabağımda yeni perspektivlər açıldı. Lakin təcrübəm olmadığından, bu perspektivləri həyata keçirmək üçün ilkin addımları hansı tərəfə atmaq mənim üçün böyük sual oldu. Düzgün universitetin seçilməsi, universitetə daxil olmaq üçün tələblər, vizanın alınması və sair kimi çətinliklər qarşımda durdu. Nəzərə alsaq ki, bu seçim bütün gələcək həyatıma təsir edəcək, mən təcrübə olmadan risk edib səhv qərarlar verə bilməzdim. Xoşbəxtlikdən facebook saytında Azeristudent şirkətinin səhifəsinə rast gəldim və artıq bu mərhələdən onlar diqqətimi cəlb etdilər. İlk dəfə ofisə tanışlıq və məlumat almaq məqsədiylə yaxınlaşdım, Rauf müəllim ilə görüşdükdən sonra Azeri Student-i seçməyimin doğru olduğuna qərar verdim.Çox professional və eyni zamanda xoş, pozitiv münasibət mənim hər hansı şübhəmi rədd etdi. Verdiyim sualların cavablandırılması "Azeristudent"-in öz işini mükəmməl səviyyədə bilməsinə və böyük təcrübəsinin olmasına dəlalət etdi. Elə ilk görüşdən başa düşdüm ki, xaricdə təhsil alınması ilə bağlı suallarda "Azəristudent"-ə tam etibar etmək olar. Məndən isə sadəcə lazım olan sənədlərin toplanması tələb olundu, qalan işləri "Azəristudent" həll etdi. Nəticədə şirkətin sayəsində mən hal- hazırda təhsilimi İngiltərənin Coventry Universitetin Beynəlxalq Biznes Hüququ fakültəsində davam etdirirəm. Tam əminliklə deyə bilərəm ki, "Azəristudent"-siz buna nail ola bilməyəcəkdim. Buna görə də "Azəristudent"-ə və onun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm və təhsilini xaricdə davam etmək istəyən tələbələrə düşünmədən "Azəristudent"-ə müraciət etmələrini tövsiyə edirəm.

Coventry University