Loader

Açıq qapı günü – Amerika Universitetlərində təhsil almaq istəyən tələbələr üçün!

18 İyul 2017, 13:00


Artıq hər kəs Attestatını və Diplomlarını alıb. Təhsil ilini müvəffəqiyyətlə başa vuran bütün tələbə və şagirdləri təbrik edirik.

Azərbaycanda qalmaq, yoxsa xarici ölkədə öz təhsil bacarığınızı yoxlamaq? Artıq öz gələcək təhsiliniz üçün düzgün qərar vermək zamanıdır.

Amerikada təhsil almaq istəyən tələbələr üçün açıq qapı günü elan olunur. İyul ayının 18-də saat 13:00 dan 18:00 kimi Amerikanın qabaqcil Universitetlərində təhsil almaq istəyən tələbələr, şagirdlər və həmçinin valideynlər universitet nümayəndəsi Michael Lawson ilə rəsmi görüşə dəvət olunurlar!

Amerikada yerləşən universitetlər daim dünyanın diqqətində olmuşdur,reytinq baxımından hər zaman ön sıralarda olan bu universitetlər tələbələrə geniş imkanlar təqdim etməkdədir.Dünyanın ən yaxşı 100 Universitetinin sıralamasına baxsaq burada bir çox Amerikan universitetlərini görmək olar. Amerikada təhsil alan tələbələr İngilis dilini inkişaf etdirməklə bərabər dünyanın bütün ölkələrində tanınan beynəlxalq diplom əldə edir. Məlumatlar veriləcək universitetlərin siyahısı : Adelphi University

American University

Auburn University

Florida International University

University of Kansas

Louisiana State University

University of Central Florida

University of the Pacific

University of Illinois at Chicago

University of South Carolina

Tədbir zamanı bütün yuxarıda qeyd olunan universitetlərə birbaşa qəbul haqqında məlumat ala bilərsiniz. Siz universitetlərin nümayəndələri ilə ünsiyyətdə olub bütün sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

Ünvan : Azeri Student Center - Nobel prospekti 15, Azure Biznes Mərkəzi 20ci mərtəbə ofis no 135

Əlavə məlumat üçün əlaqə nömrələri 0502917900, 0505122828, 0124886678 info@azeristudent.az