Loader

Türkiyə



Son illərdə Türkiyədə Təhsil almaq istəyən tələbələrin sayı artmaqdadır. Bu da istər təhsilin keyfiyyətindən, istər universitetlərinin artıq dünyada reytinq qazanmağa başlamalarından irəli gəlir. Azərbaycanlı tələbələri cəlb edən səbəblər isə çoxdur: Türkiyədə təhsilin yüksək inkişafı və bundan tələbələrin yararlana bilməsi. Qonşu ölkə olması, yaşayış xərclərinin az olması və Viza prosedurunun Azərbaycan vətəndaşları üçün rahat olması. Təqaüd alma şansının yüksək olması. Türkiyədə hal-hazırda 190 universitet var. Bunlardan 114-ü dövlət universiteti, 76-sı isə özəl universitetlərdir. Türkiyə təhsil müəssisələrinin iki tipi vardır: Dövlət ali təhsil müəssisələri və özəl ali təhsil müəssisələri.Türkiyə universitetlərinə müraciət üçün sənəd qəbulu hər ilin dekabr ayında başlanır. Bakalavr üzrə təhsil 4 ilə, magistratura üzrə isə 2 ilə tamamlanır.İngilis Dil sertifikatı olmayan tələbələr 1 il əlavə olaraq hazırlıq proqramı keçirlər.


Viza Məlumatı

Türkiyə üçün Azərbaycanlı tələbələrdən viza tələb edilmir.

Tələbələr təhsil alacaqları universitetdə qeydiyyatdan keçdikdən sonra yaşayış icazəsi (oturum izni) üçün miqrasiya idarəsinə müraciət edir.

11389992 646851612082699 412926381256114036 n

Kamilə Fətullayeva

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994502959776

kamila@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın