Loader

Kanada



Kanada universitetlərində təhsil almanın ən əhəmiyyətli səbəblərindən biri təhsil sistemi və keyfiyyətidir.Bu səbəblə dünyanın hər yerindən on minlərlə tələbə hər il Kanada universitetlərinə müraciət edir. Kanadada təhsil alan tələbələrin sayı hər il təxminən% 20 nisbətində artım göstərməsi, bu keyfiyyətin əhəmiyyətli bir isbatıdır. Kanada universitetlərindən alınan diplom sizə dünyanın hər yerində möhtərəmlik, prestij və status qazandıracaq.

Kanada həm təhsil almaq həm də yaşamaq üçün çox ideal bir ölkədir.Kanada yüksək təhsil standartlarına əlavə olaraq, mükəmməl təbii gözəllikləri, sakit və etibarlı həyat tərzi və çox millətli mədəni quruluşuyla bir universitet tələbəsi üçün olduqca uyğun bir seçimdir. Universitetlər xarici tələbələrə xüsusi bir diqqət yetirir və ehtiyaclarına qarşı böyük həssaslıq göstərirlər. Təhsil və həyat xərcləri baxımından da Kanada xüsusilə İngiltərə və ABŞ ilə müqayisədə çox daha sərfəlidir.

Kanada tələbələrə iş icazəsi verilir və təhsil aldığı universitetdə aparılan araşdırmalarda iştirak etməklə təcrübə toplamasına şərait yaradılır. Kanadada təhsil alan tələbələr akademik il ərzində həftədə 20 saat, tətil günlərində isə tam gün iş icazəsi ilə təmin olunurlar.Tələbələr təhsilə başlar-başlamaz iş icazəsi də əldə edirlər. Kanadada həyat keyfiyyəti çox yüksək, eyni zamanda da çox etibarlı və cinayət nisbətinin aşağı olduğu bir ölkədir.


Viza Məlumatı
  1. Ərizə forması
  2. Ailə tərkibində dair məlumat forması
  3. Scedule 1 forması
  4. Yaşı 18-dən az olan şəxslər üçün Himayədarlıq haqqında sənəd (Custodian Forması)
  5. İki ədəd şəkil 3.5x4.5
  6. Ən azı üç boş səhifəsi olan pasport
  7. Study permit üçün 150 CAD (Kanada dolları) online qaydada ödənişi.
  8. Təhsil müəssisəsindən qəbul sənədi
  9. Təhsil alacağınız müddət üçün maliyyə imkanınızın olmasını sübut edən sənədlər
  10. Çap edilmiş, doldurulmuş və imzalanmış VFS razılıq forması.
  11. Tibbi müayinədən keçdiyinizə dair sənəd
  12. Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan məhkumluğa dair arayış, notarial təsdiqli tərcüməsi ilə birlikdə
  13. Digər sənədlər
1614284 745001538867085 1456796054921612257 o

Rauf Əliyev

Baş Məsləhətçi

+994502917991

Rauf@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın